2026-cı ildə özəl və neft-qaz sektorundan kənar çalışan fiziki şəxslərə verilmiş yeddi illik vergi güzəştlərinin müddəti başa çatır.
1 yanvar 2019‑dan 31 dekabr 2025‑ci ilədək bu kateqoriyadakı vergi ödəyicilərinin gəlirləri Gəlir vergisi (FŞGV) üzrə güzəştli şərtlərlə vergiyə cəlb olunub.
2026-cı ildən fiziki şəxslər bərpa olunmuş vergi rejiminə keçəcək və gəlir vergisi mərhələli şəkildə üç il ərzində artırılacaq. Gəlir vergisindən əlavə, işçidən ödənilən İcbari Tibbi Sığorta (İTS) və işəgötürəndən Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə tutmalarla bağlı dəyişikliklər tətbiq olunub.
1. Fiziki şəxslərin gəlir vergisi (FŞGV)— Köhnə hesablama sxemi (31 dekabr 2025‑ci ilədək):▷ 0% - 8 000 manata qədər gəlirdən
FŞGV = 0 AZN▷ 14% - 8 000 manatdan yuxarı gəlirdən
(Əmək haqqı-8000)×14%Əmək haqqı:9300 AZNFŞGV = (9300-8000) ×14%= 182 AZN— Yeni hesablamalar sxemi (2026-cı ilin əvvəlindən):▷ aylıq gəliri 2 500 manata qədər olan şəxslər 3% vergi dərəcəsi ilə vergiyə cəlb olunur
(Əmək haqqı-200)×3%Əmək haqqı:1000 AZNFŞGV = (1000-200) ×3%= 24 AZN▷ aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olan şəxslər 10% vergi dərəcəsi ilə vergiyə cəlb olunur
(Əmək haqqı-2500)×10%+75Əmək haqqı:2800 AZNFŞGV =(2800-2500)×10%+75= 105 AZN▷ aylıq gəliri 8 000 manatdan yuxarı olan şəxslər 14% vergi dərəcəsi ilə vergiyə cəlb olunur
(Əmək haqqı-8000)×14%+625Əmək haqqı:9300 AZNFŞGV = (9300 - 8000)×14%+625= 807 AZN2. İcbari Tibbi Sığorta işçidən (İTS)— Köhnə hesablama sxemi (31 dekabr 2025‑ci ilədək):▷ 2% - 8 000 manata qədər gəlirdən
Əmək haqqı ×2%Əmək haqqı:1000 AZNİTS = 1000 ×2%= 20 AZN▷ 0,5% - 8 000 manatdan yuxarı gəlirdən
(Əmək haqqı-8000) ×0.5%+8000 × 2%Əmək haqqı:9300 AZNİTS = (9300 - 8000) ×0.5%+8000 × 2%=6.5+160= 165.5 AZN— Yeni hesablamalar sxemi (2026-cı ilin əvvəlindən):▷ 2% - 2 500 AZN‑ə qədər gəlirdən tutulacaq
Əmək haqqı×2%Əmək haqqı:1000 AZNİTS =1000×2%= 20 AZN▷ 0,5% - 2 500 AZN‑dən yuxarı gəlirdən tutulacaq
(Əmək haqqı-2500) ×0,5%+2500×2%Əmək haqqı: 2800 AZNİTS = (2800-2500)×0,5%+2500×2%= 51,5 AZN3. Dövlət Sosial Müdafiə Fondu işəgötürəndən (DSMF)
— Köhnə hesablama sxemi (31 dekabr 2025‑ci ilədək):▷ 22%- 0 dan 200 AZN-dək olan gəlirdən
Əmək haqqı ×22%Əmək haqqı: 190 AZNDSMF = 190 ×22%= 41.8 AZN▷ 15%+44 - 200 AZN-dən yuxarı olan gəlirdən
(Əmək haqqı -200)×15%+44Əmək haqqı: 1000 AZNDSMF = (1000-200) ×15%+44= 164 AZN— Yeni hesablamalar sxemi (2026-cı ilin əvvəlindən):▷ 22% - 200 AZN-dək olan gəlirdən
Əmək haqqı×22%Əmək haqqı: 150 AZNDSMF = 150×22%= 33 AZN▷ 15% - 200-dən 8000 AZN-dək olan gəlirdən
(Əmək haqqı-200) ×15%+44Əmək haqqı: 2800 AZNDSMF = (2800-200)×15%+44= 434 AZN▷ 8000 AZN-dən yuxarı olan gəlirdən
(Əmək haqqı-8000) ×11% + ((8000–200) × 15% + 44)Əmək haqqı: 9300 AZNDSMF = (9300-8000)×11%+((8000-200) ×15%+44)= 1357 AZN