Nömrənizi qeyd edin və biz Sizə zəng vuraq

və ya

Siz bizə zəng vura bilərsiniz

+994 55 525-16-03
> >
Siz - biznes sahibi və ya rəhbərsiniz, və şirkətin vəziyyətindən narazısınız?
Uçot problemləri əsas səbəblərdən biri ola bilər!
  • 1
    Biznesdə nə baş verir?
    Effektivliyin göstəricilərini və idarə panelləri (dashboard) hazırlayacağıq, biznesin operativ mənzərəsi həmişə əlinizdə olacaqdır!
  • 2
    Satış agentləri kağız üzərində işləyirlər?
    Biz mobil ticarət üçün həllər təqdim edəcəyik, agentlər üçün plan-fakt və motivasiya hesablayacağıq
  • 3
    Məhsulların maya dəyərinin hesablanmasında səhvlər var?
    Məhsulun spesifikasiyası, bitməmiş istehsalat, istehsal xərclərinin hesablanması - hər şey dəqiqdir!
  • 4
    Hesabat dövründə işiniz çətinləşir?
    Ayrı-ayrı fayllara yox deyin - bütün uçot vahid sistemdə! Hesabatlığı sürətləndirin!
  • 5
    Saytla inteqrasiya yoxdur?
    Digər həlləri və vebsaytları ilə inteqrasiyada geniş təcrübə
  • 6
    Əmək haqqı hesabatlarında daimi səhvləri rastlaşırsınız?
    Əmrləri rəsmiləşdirin və əmək haqqını qanuna uyğun hesablayın!

Biz bu problemləri həll edə bilərik!

Məqsədimiz - biznesinizi rəqəmsallaşdırmaqdır!
  • Birinci əllərdən 1C həlləri!

    “1C” firması Azərbaycan üçün həllərin lokallaşdırılmasını bizə həvalə edir
  • İstifadəyə hazır layihələri yerinə yetiririk!

    Biz sizin biznesinizi öyrənirik, ideal mənzərəni düzəldirik, layihəni işə salırıq
  • 1C Məhsullarının aktual versiyaları

    Biz yeniləmələr buraxırıq və sizin həllərinizi aktual durumunu təmin edirik
  • Zəmanət

    Bütün işlərə 1 il zəmanət veririk
  • Xüsusi dəstək xətti

    Dəstək mütəxəssisləri hər zaman sorğunuzu qəbul etməyə hazırdırlar
  • Ekspertiza

    Mütəxəssislərimiz 1C, ACCA, CIMA sertifikatlarına malikdirlər və peşəkar mərkəzlərdə təlim keçiblər
Biz nədə güclüyük?
Layihə öncəsi təhlil

GAP-təhlil

Şirkət yoxlama formasıdır, bu müddət ərzində şirkətimizin mütəxəssisləri mühasibat uçotunun cari vəziyyətini, prosesləri və gələcəkdə arzu olunan vəziyyəti öyrənirlər.

Ətraflı müsahibələr birbaşa istifadəçidən onun işində hansı məlumatın faydalı olduğunu və hansı göstəricilərin daha vacib olduğunu öyrənməyə kömək edir.

Nəticədə əldə edirsiniz:

  • Funksional tələblər
  • İş üçün büdcəson tarixlər

Və bununla da məqsədə çatmağı təmin edin!

Uçotunun rəqəmsallaşdırılması
1C həlləri

Avtomatlaşdırma və “rəqəmsallaşdırma” biznesin bütün elementləri üzərində nəzarəti təmin edir.

Logistikadan istehsala, marketinqdən mühasibatlığa, alışdan satışa qədər.

Nəticədə, biznesiniz aşağıdakı üstünlükləri əldə edir:

  • müştəri bazasının genişləndirilməsi və satışların artması
  • xərcin azaldılması
  • şəffaf istehsal dəyəri
  • mənfəət artımı.

Və təkcə bu deyil!

1C həlləri Azərbaycan üçün

Biznesin rəqəmsallaşdırılması üçün unikal həllər
1C:ERP Müəssisənin İdarəedilməsi
₼14 533
Əsas biznes proseslərini avtomatlaşdırmağa, müəssisənin əsas göstəricilərinə nəzarət etməyə, şöbələrin qarşılıqlı fəaliyyətini təşkil etməyə, müəssisənin səmərəliliyini qiymətləndirməyə imkan verən innovativ həll.

1C:Kompleks Avtomatlaşdırma 8. Azərbaycan üçün
₼1 890
Bu həll ən vacib biznes sahələrini avtomatlaşdırmağa imkan verir: mühasibat uçotu, ticarət, anbar, əmək haqqı, kadr uçotu, həmçinin müəssisənin səmərəliliyini qiymətləndirməsi.
1C:Ticarətin idarə edilməsi 8. Azərbaycan üçün
₼890
Kompleksdə əməliyyat və idarəetmə uçotu, ticarət əməliyyatlarının təhlili və planlaşdırılmasını avtomatlaşdırmağa imkan verir və bununla da müasir ticarət müəssisəsinin səmərəli idarə olunmasını təmin edir.
Mühasibat uçotunun avtomatlaşdırılmasını tamamilə yeni səviyyəyə qaldıra bilən ən populyar mühasibat proqramı. Əlbəttə, satış qaimələrinin vergi xidmətinin saytına yükləmə mexanizmi ilə (e-qaimə).
1С:Əmək haqqı və personalın idarə edilməsi 8. Azərbaycan üçün

₼690
Kadrların idarə edilməsinin bütün əsas prosesləri, habelə kadrların uçotu, əmək haqqının ödənilməsi, əmək xərclərinin planlaşdırılması, fərdi gəlir vergisinin və digər vergi və haqlarının hesablanması prosesləri dəstəklənir.
1C:Kargüzarlıq 8
₼1 316
Biznes proseslərini idarə etmək və işçilərlə əməkdaşlıq etmək üçün geniş seçimlərə malik müasir ECM sistemi (Enterprise Content Management).

Bizim müştərilərimiz

Bu şirkətlər bizi seçdi
Bu addımı atmaq üçün Sizin də vaxtınız gəldi
Layihələrimiz haqqında daha ətraflı burada
Bizim nəticələrimiz
1C həllərini əldə etmək üçün ən yaxşı seçimdir
15+
il bazarda
510+
uğurlu layihə
35
ixtisaslaşdırılmış əməkdaş şirkətdə
161+
sertifikat 1C, CIMA, ACCA
Müştərilərimiz bizi tövsiyə edir
Rəylər
KRİSTİNA Filimonova
KDV Azərbaycan şirkətinin Baş mühasibi
«AKBİS» şirkətinin mütəxəssisləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Onlar bütün tapşırıqları kifayət qədər yüksək səviyyədə həll edirlər. «1C:Əmək Haqqı və Personalı idarə edilməsi 8 Azərbaycan üçün» proqram məhsulunun istifadəsi sayəsində işimiz rahat və səmərəli olmuşdur. Şirkətimizdə uğurla fəaliyyət göstərən informasiya sisteminin özü haqqında deyə bilərik ki, bu, tam yararlı sistemdir.
Biz öz minnətdarlığımızı bildiririk!
NAFİYA Səidova
AYTA İnşaat şirkətinin Baş mühasibi
«1C:Mühasibat 8» həllinin istifadəsi uçotun sahələrini avtomatlaşdırmağa imkan verir: pul vəsaitləri, satışlar, satınalmalar/ehtiyatlar, əmək haqqının hesablanması və kadrlar, mühasibat uçotu və vergi uçotu. «AKBİS» şirkətinə layihənin avtomatlaşdırılmasında və texniki dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk.
İLHAM Süleyman
İmdat Audit şirkətinin Baş direktoru
«AKBİS» şirkətinin həyata keçirdiyi «1C:Mühasibat 8» proqramında vergi uçotunun avtomatlaşdırılması layihəsini şirkətimiz üçün uğurlu və səmərəli hesab edirik. «AKBİS» şirkətinin əməkdaşlarına proqram təminatının tətbiqi və istifadəçi qrupunun təlimi üzrə işlərin operativ yerinə yetirilməsinə görə təşəkkürümüzü bildiririk.
OLEQ Baxışev
Silk Way Airlines şirkətində Əməliyyat xərclərinin İdarə edilməsi Departamentinin Rəhbəri
«AKBİS» şirkətinin savadlı məsləhətləri və kompleks yanaşması sayəsində «1C:Mühasibat 8» proqramının xeyrinə seçimimiz özünü tam doğruldub.
SEYMUR Kazımov
Qaranti İnşaat şirkətində Baş mühasib
«1C:Mühasibat 8» proqramı ənənəvi kağız hesabatlardan elektron hesabatlara keçidi təmin etdi. Mühasibat uçotu sürətləndi, fiziki yükdən azad oldu, asanlaşdı. Azərbaycanda, Bakıda «1C:Mühasibat 8» proqramının tətbiqində, təbliğində, yayılmasında «AKBİS» şirkətinin çox böyük əməyi vardır. Mən işlədiyim 2 şirkətdə Sizin qurduğunuz bu proqram təminatı ilə biz çox dəqiq, operativ, uçot yaratdıq. Bu isə şirkətlərimizin müvəffəqiyyət qazanmasında əvəzsiz rol oynadı. Proqramdan istifadə edərkən qarşılaşdığımız çətinliklər zamanı Sizin elmi, operativ məsləhətlərinizi, hər hansı məsələyə kompleks yanaşmağınızı minnətdarlıqla xatırlayırıq. «AKBİS» şirkətinə Azərbaycanda mühasibat uçotunu və digər uçot sistemlərini tamamilə dünya standartları səviyyəsinə çatdırmaqda müvəffəqiyyətlər arzulayırıq.
ELDAR Hüseynli
Azerbaijan Rigs şirkətində Baş mühasib
Biz «1C:Mühasibat 8» proqramını almaq qərarına gəldik. Məqsəd - mühasibat və vergi uçotu məsələlərinin səmərəli həlli, reqlamentləşdirilmiş hesabatların hazırlanması, analitika. Seçilmiş proqramda yalnız bütün təsərrüfat əməliyyatlarını qeydiyyatdan keçirməklə yanaşı, görülmüş işləri təhlil etməyə, gələcək göstəriciləri proqnozlaşdırmağa imkan verən məlumat kitabçaları və hesabatlar mövcuddur. «AKBİS» şirkətinə məqsədə çatmaqda verdikləri töhfələrinə və işimizə verdikləri dəstəyə görə təşəkkür edirik.
SƏNİYYƏ Abbasova
SGS şirkətində İnzibati menecer
«1C:Mühasibat 8» proqramında sistemləşdirilmiş uçotun aparılmasına ehtiyac yarandıqda, bizim üçün proqram məhsulunun və onun tətbiqi üzrə xidmətlərin təchizatçısı "AKBİS" şirkəti çıxış etmişdir. Onların komandasının kompleks yanaşması və peşəkarlığı sayəsində biz operativ şəkildə qarşıya qoyulmuş məqsədə çatmışıq. "AKBİS" Texniki Dəstək Xidməti bizə layihədən sonra sistemin işində səhvlərin qarşısını almağa köməklik edir.
SƏNUBƏR Fazilova
Schneider Electric şirkətində Baş mühasib
«1C:Mühasibat 8» mühasibat uçotu üçün əvəzedilməz bir proqramdır. Bütün əməliyyatlar, bir neçə təşkilatın idarə edilməsi, həmçinin əmək haqqının, vergilərin hesablanması, hesabatların formalaşdırılması və s.nəzərdə tutulur. Müntəzəm yeniliklər mövcuddur. "AKBİS" şirkətinin komandası iş layihəmizin uğurunu təmin edib. Layihədənsonrakı Dəstək Xidməti isə bizim suallarımıza operativ cavab almağa kömək edir.
FUAD Hümbətov
AzFPCo LTD (Milla) şirkətində Maliyyə nəzarətçisi
Layihənin məqsədi şirkətin reqlamentləşdirilmiş uçotun aparılmasının vahid sisteminə keçirilməsi idi. Məsləhətləşmədən sonra biz öz seçimimizi «1C:Mühasibat 8» xeyrinə etmişik və «AKBİS» şirkətinin peşakar mütəxəssislərinin köməyi ilə müəssisənin vəziyyəti haqqında lazımi məlumatların əldə edilməsinin operativliyinin və düzgünlüyünün artırılmasına, həmçinin müntəzəm vergi hesabatlarının verilməsi prosesinin optimallaşdırılmasına nail olmuşuq. «AKBİS» Texniki Dəstək Xidmətinin rahatlığı və keyfiyyəti yüksəkdir.
MƏTANƏT Hüseynova
Omega Plus şirkətində Baş mühasib
Əminliklə demək olar ki, «1C:Mühasibat 8» proqramı mühasibat uçotu məsələlərinin həlli üçün istənilən təşkilata uyğundur. Qeyd etmək lazımdır ki, sistem rəhbərliyə göstəricilərin monitoruna malik olmağa və Ümumi mənfəət, Pul vəsaitlərinin hərəkətinin təhlili və s.kimi idarəetmə hesabatlarını əldə etməyə imkan verir. Peşəkar tərəfdaş seçmək çox vacibdir – bizim üçün belə biri «AKBİS»dir. Hesab edirik ki, onların komandası istənilən layihənin uğurunu təmin edəcək.
GÜNEL İbrahimova
PASHA Travel şirkətində Mühasib
«1C:Mühasibat 8» — yalnız mühasibat uçotu deyil, həm də idarəetmə vəzifələrini həll etmək üçün güclü bir vasitədir. Layihənin həyata keçirilməsində qarşılıqlı faydalı əməkdaşlıq və ixtisaslı yardım üçün "AKBİS" komandasına minnətdarlığımızı bildiririk. Yüksək səviyyədə peşəkar dəstək göstərə bilən təcrübəli mütəxəssislərlə işləmək xoşdur.
ORXAN Zamanov
Modern Trade Service şirkətində Mühasib
«AKBİS» şirkətinin həyata keçirdiyi «1C:Mühasibat 8» proqramının tətbiqi layihəsində, onların komandasının cəlb olunmasını və sorğularımıza operativ reaksiya verilməsini qeyd etmək istəyirik. Avtomatlaşdırma layihəsini şirkətimiz üçün uğurlu və səmərəli hesab edirik.
İLHAM Süleyman
Orion Creative Solutions şirkətində Baş mühasib
Tələblərimizi təhlil edərək və biznesin strukturunu öyrənərək, «AKBİS» şirkətinin əməkdaşları tərəfindən reqlamentləşdirilmiş uçotun avtomatlaşdırılması üçün həll kimi «1C:Mühasibat 8» proqramı təklif edilmişdir. Layihənin tamamlanması üzrə uçot informasiyasının emalı zamanı əl əməyinin azaldılması və nəticədə hesabatların verilməsi zamanı risklərin minimallaşdırılması üzrə əla nəticələr əldə edilmişdir.
İLHAMƏ Hacıyeva
PASHA Technology şirkətində Baş mühasib
«1C:Mühasibat 8» həlli istifadədə rahat olan, aydın və rahat interfeysinə malikdir. Proqramın tətbiqi nəticəsində avtomatlaşdırılmış xidmətlərin fəaliyyətinin səmərəliliyi yaxşılaşıb, gündəlik əməliyyatların yerinə yetirilməsinin vaxtı azalıb, personalın iş keyfiyyəti yüksəlib. Biz «AKBİS» komandasına onların işi üçün çox minnətdarıq, detallara diqqətli münasibətini və Dəstək Xidmətinin keyfiyyətini xüsusilə qeyd etmək istəyirik.
FƏRİD Xəlilov
AZERRAIL təşkilatında Prezident
Əvvəllər «1C:Mühasibat 8» proqramının «AKBİS» şirkəti ilə tətbiqində təcrübəm olub, yenidən müraciət etmişəm və məyus olmamışam. Savadlı konsultasiya və fərdi yanaşma! Hər şey əla keçdi, və ən önəmlisi vaxtında!
NİGAR Məmmədova
Starcom şirkətində Baş mühasib
Biz AKBİS-i peşəkar və etibarlı tərəfdaş kimi qiymətləndiririk və bu təşkilatı mühasibat uçotu, vergi və istehsal uçotunun avtomatlaşdırılması vəzifələri ilə üzləşmiş bütün şirkətlərə tövsiyə edirik. Starkom şirkəti AKBİS-in əməkdaşlarına məsuliyyətli işə və öz vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.
RƏHMAN Səmədov
AZ Duty Free şirkətində IT Direktoru
Biz "AKBİS" şirkəti ilə 13 il ərzində əməkdaşlıq edirik və onların işindən razıyıq. Müştərilərə göstərdikləri səriştəliliyə, peşəkarlığa, xeyirxahlığa və diqqətli münasibətə görə onlara minnətdarıq. "AKBİS" bizə proqramın texniki məsələləri ilə bağlı vaxtında yardım və dəstək göstərir. Onlara uğurlarının davamlı olmasını arzulayırıq.
MARAT Xudayarov
Nestle şirkətində Maliyyə nəzarətçisi
"AKBİS" şirkətinin əməkdaşlarına operativ və keyfiyyətli dəstək göstərdiklərinə görə təşəkkür edirik.
Şirkətimiz AKBİS əməkdaşlarının yüksək peşəkarlığını, mehribanlığını və cavabdehliyini yüksək qiymətləndirir, biz həmişə onlardan bütün suallarımıza operativ və savadlı cavablar alırıq.
NİGAR Quliyeva
Azərbaycanda Rusiya Dəniz Gəmiçiliyi reyestri müəssisəsində Baş mühasib
«Azərbaycanda Rusiya Dəniz Gəmiçiliyi reyestri» MMC-nin əməkdaşları uzun illər səmərəli əməkdaşlığa və tərəfdaşlığa görə «AKBİS» komandasına səmimi təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmçinin «1C:Mühasibat» və «1C:Əmək Haqqı və Personalı idarə edilməsi 8» proqramı ilə işlədiyimiz müddətdə yaranan istənilən problemlərin həllində operativ və səriştəli köməyə görə. Bütün komandanıza firavanlıq, peşəkar uğurlar, maliyyə sabitliyi və etibarlı tərəfdaşlar arzulayırıq. Sizin kollektivlə bundan sonra da səmərəli fəaliyyət göstərəcəyimizə ümid bəsləyirik.
ELŞƏN Əlirzayev
Real Consulting şirkətində Direktor
Biz «AKBİS» şirkəti ilə 4 ildir ki, işləyirik və proqramların keyfiyyətli dəstəyinə görə onların yüksək ixtisaslı mütəxəssislərinə təşəkkür edirik. Mütəxəssislər qarşıya qoyulan vəzifələrin və yaranan məsələlərin həllinə peşəkarcasına yanaşır, maraq doğuran bütün məsələlər üzrə savadlı və başa düşülən şəkildə məsləhətlər verirlər.Bunun sayəsində maliyyə hesabatları vaxtında təqdim olunur, mühasibat uçotu mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılır.
Bütün məsələlər üzrə məsləhət verən və proqramın funksionallığını anlamağa kömək edən texniki dəstəyi də qeyd etmək istərdim. AKBİS-i bizim kimi Sumqayıtda yerləşən bütün şirkətlərə tövsiyə edirik.
ALLA Daqodayeva
Globalink Logistics şirkətində Baş mühasib
Biz «Globalink Logistics» Azərbaycanın🇦🇿 ən tanınmış şirkətlərindən biri olan, eləcə də mühasibat uçotunun avtomatlaşdırılması sahəsində müştərilərlə iş üzrə çoxsaylı müsbət rəylərə malik olan «AKBİS» şirkətinə müraciət etmişik.

«AKBİS» şirkəti ilə iş müddətində istifadəçilərin təlimi keçirilib, proqramın bütün lazımi parametrləri, iş qrafikləri doldurulub, ixtisaslaşdırılmış hesablama növləri əlavə edilib və kadr uçotu və əmək haqqının hesablanması avtomatlaşdırılıb, qanunvericiliklə müəyyən edilmiş vergilərin və haqların hesablanması, müəssisənin xərclərində maaşların və vergilərin əks olunması avtomatlaşdırılıb, həmçinin informasiya-texnoloji müşayiəti aparılır. Beləliklə, tətbiq olunan proqram məhsulu uğurla fəaliyyət göstərir.
Biz «AKBİS» şirkətinə əməkdaşlığa görə minnətdarıq.
İndi abunə olun!
Xüsusi təkliflər və yeniliklərdən ilk sizin xəbəriniz olsun

AKBIS

Azərbaycan, Bakı, C. Cabbarlı, 44, Caspian PLAZA III
Tel: (+99455) 525 16 03/33
Email: sales@akbis.az

Biz, həftə içi iş günləri, saat 09.00-dan 18.00-dək Sizi görməyə şad olarıq!